Close

12:10
06 Oktyabr 2024

Sabirabadda maşınla vurulan piyada öldü

Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib.

TNS xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

Kənd sakini 1979-cu il təvəllüdlü Məmmədov Rauf Fəxrəddin oğlu yolda gedərkən avtomobil onu vurub.

Nəticədə ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.