Close

Beyləqanda maşın aşdı: 5 yaralı - FOTO

Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

TNS-in yerli müxbirinin xəbərinə görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı minik avtomobili idarə etmədən çıxaraq yolun kənarına aşıb.

Nəticədə xəsarət alan Adil Mustafayev, Cahid Mustafayev, Sevinc Mustafayeva, Zeynəb Musatayeva, Rəvan Məhərrəmov Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və onlara dərhal təcili təxirə salınmaz lazimi tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, xəsarət alanlar bir ailənin üzvləridir.

Ziya Əmirxanlı