Ağcabədi rayonuna yeni polis rəisi təyin edilib
1091
22:33 - 06 İyun 2022

Daxili işlər orqanlarında yeni təyinat olub.
TNS xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Knyaz Həsənov vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə Knyaz Həsənov Ağcabədi Rayon Polis Şöbəsinin rəisi təyin edilib.