Close

İmişli məktəbində sanitar qovşağın vəziyyətini ictimailəşdirən müəllim işdən çıxarıldı

İmişli rayon Aranlı kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva işdən azad olunub.

TNS xəbər verir ki, bu barədə müəllimə özü məlumat yayıb.

O bildirib ki, sentyabrın 17-də adıçəkilən orta məktəbdə təzyiqlərə məruz qalıb: "Sentyabrın 17-də qızımın ad günü idi. Səhər saat 09:00-da məktəbə getdim. Saat 13:00-da direktor mənə və digər müəllimlərə xəbər göndərdi ki, gözləyək. Ümid edirdim ki, mənə töhmət verəcək. Amma saat 17:00-da mənə dedilər ki, işdən azad edilmişəm".

Xatırladaq ki, bir müddət əvvəl Leyla Nəcəfquliyeva Aranlı kənd orta məktəbinin bərbad vəziyyətdə olan sanitar qovşağının videosunu çəkib ictimailəşdirmişdi. O, orta məktəbdəki neqativ hallarla bağlı da məlumatlar yaymışdı.