Close

22:00
18 Sentyabr 2024

Mingəçevirdə qazın verilişi dayandırılıb

Mingəçevir şəhərində bir neçə küçədə qazın verilişi dayandırılıb.

TNS-in məlumatına görə, Mingəçevir şəhərində Puşkin, N.Nərimanov, Ə.Vahid, Nizami, H.Əliyev, Ş.İ.Xətai, Nəsimi, Q.Nəbi və A.Məmmədov küçələrinin müyyən hissələrində qazın verilməsində fasilə yaranıb.

Buna səbəb Mingəçevir xidmət sahəsinin xidməti ərazisi olan Qaçaq Nəbi küçəsində yerləşən qaz kəmərində qaz sızmasının aşkarlanmasıdır.

Görülən işlər başa çatdıqdan sonra qaz təchizatında yaranan fasilə bərpa olunacaq.