Biləsuvarda qazıntı işi zamanı qaz xətti zədələnib, iki kənd qazsız qalıb
17
12:20 - 10 Sentyabr 2024
Biləsuvar rayonunda qazıntı işi aparılarkən qaz xəttinin zədələnməsi nəticəsində iki kəndin qaz təchizatında fasilə yaranıb.
TNS-in məlumatına görə, rayonun Arazbarı kəndində internet xətti çəkən şirkət tərəfindən aparılan qazıntı işinin gedişində polietilen qaz xətti zədələnib.
Qaz sızması ilə əlaqədar rayonun Səmədabad və Arazbarı kəndlərində 550 abonentinin qaz təminatı dayandırılıb.
Əlaqəli xəbərlər
10:00
12 Dekabr 2024