Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Sumqayıtda ictimai nəqliyyatda kart sistemi niyə ləğv edilib? - RƏSMİ

2021-ci ildə Sumqayıtda sərnişin avtobusları nağdsız ödəniş sisteminə keçsə də, bir aydan sonra kart sistemi ləğv edilib. Sumqayıt şəhər İcra Hakimiyyəti həmin vaxt bildirmişdi ki, texniki problem olduğu üçün nağdsız ödəniş sistemi müvəqqəti dayandırılıb.

Aradan 3 ildən çox keçsə də, şəhərdə nağdsız ödəniş sistemi bərpa olunmayıb.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən TNS-ə bildirilib ki, qurum məsələdən xəbərdardır: "Sumqayıtda bir ara tətbiq edilən və texniki səbəbdən baş tutmayan kart sistemi ilə bağlı Agentlikdə məlumat var. Əlavə edək ki, ölkə üzrə sərnişindaşımada nağdsız ödəniş sisteminin sürətləndirilməsi ilə bağlı tapşırıq verilib və işçi qrup yaradılıb. Sumqayıt şəhərində də bu məsələ prioritet hesab olunur. Yaxın zamanda nağdsız ödəniş sisteminə keçidlə bağlı Sumqayıtda işlərə başlanılacaq".