Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Lənkəranın bir sıra ərazilərində qaz olmayacaq

Sabah Lənkəranın bir sıra ərazilərində qaz olmayacaq.

TNS-in məlumatına görə, rayonun Digah kəndində daşıyıcı qaz xəttinin su kanalından keçən 34 metr hissəsinin dayaqlar üzərinə qaldıraraq küçənin kənarı ilə yenidən quraşdırılması ilə ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadək Lənkəran şəhərinin A.İsmayılov, 28 May, H.Abdullayev, M.S.Ordubadi, T.İsmayılov küçələri, həmçinin Digah və Şiləvar kəndləri də daxil olmaqla ümumilikdə 2 000 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.

Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.