Close

Biləsuvarda əmək yarmarkası keçiriləcək

Biləsuvar rayonunda iyunun 18-də əmək yarmarkası keçiriləcək.

TNS-in məlumatına görə, yarmarka Şirvan-Salyan Regional Məşğulluq filialının dəstəyi ilə baş tutacaq.

Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

Yarmarka Biləsuvar rayonu, H.Əliyev prospekti 21 (Şirvan-Salyan Regional Məşğulluq filialının Biləsuvar rayon xidmət şöbəsi) ünvanında olacaq.