Close

Şadlıq sarayında yanğın olub - FOTO

Mingəçevirdə şadlıq sarayında yanğın baş verib.

TNS-in yerli müxbirinin xəbərinə görə, hadisə şəhərdə fəaliyyət göstərən "Günel" şadlıq sarayında qeydə alınıb. Yanğının söndürülməsi üçün əraziyə FHN-nin 4 yanğınsöndürmə avtomobili və şəxsi heyəti cəlb olunub.

Yanğın restoranın mətbəx hissəsində baş verib. Nəticədə mətbəxdəki əşyalar yanaraq külə dönüb.

Yanğın qısa müddətdə söndürülüb, ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

m1

m3

Faktla bağlı araşdırma başlanıb.

Ziya Əmirxanlı