Close

Sabirabadda gənc qız su kanalında boğularaq ölüb

Sabirabadda 18 yaşlı qız su kanalına düşərək boğulub.

TNS xəbər verir ki, hadisə rayonun Balakən kəndində qeydə alınıb.

Mədinə Hüseynova evlərinin yaxınlığındakı su kanalına düşüb. Onun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.