Close

Beyləqanda maşınla vurulan süpürgəçi ölüb

Beyləqanda qadını maşın vuraraq öldürüb.

TNS-in yerli müxbirinin xəbərinə görə, hadisə rayon mərkəzində qeydə alınıb. 1992-ci il təvəllüdlü Rəşad Şükürov "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən yol kənarını təmizləyən rayon sakini, 1968-ci il təvəllüdlü Həsənova Solmaz Təhməz qızını vurub. Nəticədə süpürgəçi S.Həsənova aldığı zərbədən hadisə yerində ölüb.

Sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı