Close

Biləsuvarda müəllimlərin işə qəbulu imtahanları keçiriləcək

Sabah Biləsuvar rayonunun özündə ilk dəfə olaraq müəllimlərin işə qəbulu (MİQ) imtahanları keçiriləcək.

TNS xəbər verir ki, bu vaxta qədər olan bu tipli imtahanlar Şirvan-Salyan Regional Təhsil İdarəsinin inzibati binasının yerləşdiyi (Salyan şəhəri) rayonda keçirilib.

Bu ildən isə artıq Biləsuvar rayonunda müvafiq imtahan mərkəzində sözügedən proses baş tutacaq.