Close

İmişlidə yol qəzası: ata öldü, 6 yaşlı oğlu xəsarət aldı

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib.​

TNS-in yerli müxbirinin xəbərinə görə, hadisə İmişli şəhərindəki Mikayıl Müşfiq küçəsində qeydə alınıb.

Quliyev Xəlil Akif oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobili hasara çırpılaraq aşıb. Nəticədə sürücü ölüb, avtomobildə olan 6 yaşlı oğlu Akif Quliyev isə xəsarət alaraq İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı