Close

19:23
02 İyul 2024

Cəlilabadda 51 yaşayış məntəqəsinin avtomobil yolları yenidən qurulacaq

Cəlilabad rayonunda 51 yaşayış məntəqəsini birləşdirən avtomobil yollarının yenidən qurulması planlaşdırılır.

TNS xəbər verir ki, yolların ümumi uzunluğu 127 km təşkil edir.

Ümumilikdə isə, sözügedən yollar üzərində 55 min əhali yaşayır.

Yenidən qurma işlərinə maliyyə vəsaiti ayrılan kimi, növbəli şəkildə başlanacağı bildirilir.