Close

19:23
02 İyul 2024

Qaxda ağır yol qəzası: ölənlər və yaralananlar var - YENİLƏNİB

Qaxda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölənlərin kimliyi məyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan TNS-ə bildirilib ki, iyunun 29-da saat 20 radələrində Qax rayonu ərazisində “Ford” və “VAZ-21015” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində “VAZ”ın sürücüsü, 35 yaşlı Həbib Qurbanov, eləcə də həmin nəqliyyat vasitəsindəki sərnişinlər - 1962-ci il təvəllüdlü Gülnarə Qurbanova və 1989-cu il təvəllüdlü Aygün Qurbanova aldıqları xəsarətlərdən vəfat ediblər.

Həmçinin, digər avtomobilin sürücüsü Fərid Abdullayev və hər iki nəqliyyat vasitəsində olan 6 sərnişin xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

22:17

Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

TNS xəbər verir ki, hadisə Əmbərçay kəndində qeydə alınıb.

“Ford” və “VAZ-21015” markalı minik avtomobillərinin toqquşması nəticəsində üç nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. “VAZ” avtomobilinin sürücüsünün meyiti nəqliyyat vasitəsində sıxılıb qaldığından əraziyə FHN-in xilasediciləri cəlb olunub. Bir nəfər isə xəstəxanaya aparılarkən yolda keçinib.

Xəsarət alanlar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma başlanılıb.

qax1