Close

Ağcabədidə yaşayış evini zəhərli ilanlar basdı - FOTO

Ağcabədidə yaşayış evi zəhərli ilanların hücumuna məruz qalıb.

TNS-in yerli müxbirinin xəbərinə görə, rayonun Boyad kənd sakini Nail Abbasova məxsus evi ilanlar basıb.

Ev sahibi zəhərli ilanların həyətyanı sahəyə və evə girməsindən narahatdır. Abbasovlar ailəsi son bir həftə ərzində 6 ilanı zərərsizləşdirib. Ən iri ilanın uzunluğu 1 metrə çatır.

ilan2

Bu qədər ilanın öldürülməsinə baxmayaraq, təhlükə sovuşmayıb. Hələ də evdə və həyətyanı sahədə sürünənlərin olduğu müşahidə edilir. Ev sahibi rayon İcra Hakimiyyətinin kənd üzrə nümayəndəliyinə, bələdiyyəyə müraciət edib. Aidiyyəti qurumlar ilan əleyhinə zəhər verib və həyətdə dezinfeksiya işləri aparsa da, ilanlar gəlməkdə davam edir. Abbasovlar ailəsi aidiyyəti qurumlardan daha təsiredici tədbirlərin görülməsini istəyir.

Ziya Əmirxanlı