Close

Birinci Qarabağ müharibəsi şəhidi Fəqan Yaqubov Tərtərdə dəfn olunub - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti yeni müəyyənləşdirilən şəhid Yaqubov Fəqan Misir oğlu Tərtər rayonunda dəfn olunub. Fəqan naməlum şəhid kimi Bakı şəhərindəki I Şəhidlər Xiyabanında dəfn edilmişdi.

TNS-in yerli müxbirinin xəbərinə görə, şəhidlə vida mərasimi ailəsinin yaşadığı Tərtər rayonunun Sarıcalı kəndində keçirilib. Mərasimdə yüzlərlə kənd sakini, şəhidin ailə üzvləri, qazilər, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki, Yaqubov Fəqan Misir oğlu 1973-cü ildə Tərtər rayonunun Sarıcalı kəndində anadan olub.

Birinci Qarabağ müharibəsində Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.

40f9150f-db9a-40fd-85f0-1b8b64cddff0

Ziya Əmirxanlı