Close

Gəncənin bir hissəsində qazın verilişi dayandırılıb

Gəncə şəhəri 3-cü və 4-cü mikrorayon ərazisində qazın verilişi dayandırılıb.

TNS-in məlumatına görə, qaz təchizatında yaranmış problemin aradan qaldırılması istiqamətində aparılan işlər səbəbindən Gəncə şəhərinin 3-cü və 4-cü mikrorayon ərazilərində qazın verilişində fasilə yaranıb.

Qeyd olunur ki, təxminən günün ikinci yarısından sonra ərazidə qazın verilişi bərpa ediləcək.