Close

Birlikdə yeyib-içən qonşular dalaşdı, biri digərini güllələdi

Kürdəmir rayonunun Carlı kəndində baş verən silahlı insidentin təfərrüatları məlum olub.

Rayon İcra Hakimiyyətinin Carlı kənd üzrə nümayəndəsi Elmdar Kərimov TNS-in yerli müxbirinə bildirib ki, Xalid Abdullayev və Rüstəm Məmmədov qonşudurlar, tez-tez birlikdə yeyib-içirmişlər: “Bu dəfə də birlikdə yemək yeyiblər, içki içiblər. İkisi də sərxoş olub, mübahisə ediblər. Mübahisə zamanı Rüstəm Məmmədov Xalid Abdullayevi vurub. Bundan sonra Xalid Abdullayev evdən ov tüfəngini götürərək R.Məmmədovun yaşadığı evə gedib. Silahla ona ayağından xəsarət yetirib”.

Qeyd edək ki, ötən gün kənd sakini, 1988-ci il təvəllüdlü Xalid Ələkbər oğlu Abdullayev həmyerlisi, 1986-cı il təvəllüdlü Rüstəm Çingiz oğlu Məmmədovu ov tüfəngi ilə güllələyib.

Zərərçəkən ağır vəziyyətdə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam edir.

Ziya Əmirxanlı