Kürdəmirdə üç maşın toqquşdu, ölən var
20
                19:05 - 13 Aprel 2024
            
            Kürdəmirdə baş verən zəncirvarı yol qəzasında bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
TNS xəbər verir ki, Ağsu-Kürdəmir-İmişli yolununun Kürdəmirin Sor-Sor kəndindən keçən hissəsində üç avtomobil toqquşub. Avtomobillərdən ikisi minik, biri yük maşını olub. Qəza nəticəsində sürülərdən biri - İmişli rayon Telişli kənd sakini, 70 yaşlı Əliəşrəf Mövsümov hadisə yerində ölüb.
Xəsarət alan digər sürücü və sərnişinlər Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.