Close

09:50
18 Oktyabr 2024
09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

Xaçmazda evi yararsız hala düşən vətəndaşa çadır qurulub - VİDEO

Fövqəladə Hallar Nazirliyinə Xaçmaz rayonu, Arzu qəsəbəsi sakini Vəfadar Mirzəyevə məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

Bu barədə TNS-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən Arzu qəsəbəsi sakini V.Mirzəyev üçün müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.