Qubada ağır qəza: 2 ölü, 3 yaralı
104
20:55 - 11 Fevral 2024

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan TNS-ə verilən məlumata görə, fevralın 11-i saat 18:45 radələrində Xaçmaz-Quba yolunun Barlı kəndi ərazisindən keçən hissəsində “Priora" markalı nəqliyyat vasitəsi ağaca dəyib. Hadisə nəticəsində avtomobildə olan 5 nəfərdən 2-si ölüb, digər 3 nəfər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.