Close

14:21
09 May 2025
14:14
09 May 2025
13:46
09 May 2025
13:07
09 May 2025

Cihazqayırma zavodunda yanğın olub

Gəncədə Cihazqayırma zavodunda yanğın olub.

TNS xəbər verir ki, yanğın zavodun ərazisində yanacaq çənində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.