Qobustanda vətəndaşlar silahlarını təhvil verdi
45
20:45 - 17 Noyabr 2023
Qobustanda vətəndaşlar qanunsuz saxladıqları odlu silahları polisə könüllü təhvil veriblər.
Bu barədə TNS-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, vətəndaşlar arasında aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq rayon sakinləri müvafiq sənədləri olmadan saxladıqları ümumilikdə 4 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.