Close

14:21
09 May 2025
14:14
09 May 2025
13:46
09 May 2025
13:07
09 May 2025

20-yə yaxın kənd işıqsız qalıb

Xaçmaz rayonunda müşahidə edilən güclü yağış elektrik təsərrüfatına ziyan vurub, 20-yə yaxın kənd işıqsız qalıb.

TNS xəbər verir ki, hazırda rayonun 20-dən çox kəndində elekrtik enerjisinin verlişində fasilə yaranıb.

Belə ki, Əhmədoba, Müşkür, Hacıəhmədoba, Qaracəlli, Xəzərli, Qusarçay, Çiləgir, Çinartala xətləri istiqamətində yerləşən 20-ə yaxın kənd qaranlığa qərq olub.

Report-a Xaçmaz Elektrik Şəbəkəsindən bildirilib ki, rayon ərazisində 10kV-luq xətdə qəza vaş verib. Yaranan fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Briqadalar əraziyə cəlb olunub.