Cəlilabadda yol qəzası olub, dörd nəfər xəsarət alıb
46
13:48 - 02 Oktyabr 2023

Cəlilabadda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
TNS xəbər verir ki, hadisə rayonun Alar kəndi ərazisində qeydə alınıb.
Beləki, hərəkətdə olan "VAZ 2107" markalı avtomobillə “Hyundai” markalı avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alan dörd nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.