Gəncədə ikimərtəbəli obyekt və avtomobillər yandı
51
09:57 - 30 Sentyabr 2023

Gəncə şəhərində ümumi sahəsi 240 m² olan ikimərtəbəli tikilinin yanar konstruksiyaları və 1-ci mərtəbəsində “VAZ” markalı 2 minik avtomobili yanıb.
Bu barədə TNS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.