Bərdədə partlayış oldu - Yaralılar var
65
16:43 - 26 Sentyabr 2023

Bərdədə çoxmənzilli yaşayış binasında partlayış olub.
TNS xəbər verir ki, hadisə Bərdə rayonunda, keçmiş məcburi köçkünlər üçün salınmış şəhərcikdə yerləşən 866 saylı binadakı mənzildə qeydə alınıb. Hadisə nəticəsində ev sahibi Cəfərov Sadiq Allahverdi oğlu və onun həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.