Close

14:21
09 May 2025
14:14
09 May 2025
13:46
09 May 2025
13:07
09 May 2025

Qubada qonşu qadının fotosunu yayan şəxs belə cəzalandırıldı

Quba rayonunda qonşu qadının fotosunu yayan və ailəsində münaqişəyə səbəb olan şəxs həbs edilib.

TNS xəbər verir ki, hadisə rayonun Amsar kəndində baş verib.

Kənd sakini S.Zəkiyeva (soyadlar şərti qeyd edilib) Quba RPŞ-yə müraciət edərək qonşusu, 1989-cu il təvəllüdlü A.Seyidov və anası barədə şikayət edib.

O bildirib ki, həmin şəxslər onun görüntülərini kənddə yayıb, həmçinin söyərək təhqir ediblər:

“A.Seyidov və onun anası şəkilimi çəkərək bütün kənd camaatına yayıb. Bu səbəbdən ailəmdə münaqişələr yaranıb və həyat yoldaşım məndən ayrılaraq gedib. Qeyd olunanlara əsasən həmin şəxsin cəzalandırılmasını xahiş edirəm”.

A.Seyidov isə qonşusunun dediklərini inkar edib.

Onun barəsində Quba RPŞ-də inzibati protokol tərtib edilib və Quba Rayon Məhkəməsinin qərarı ilə 4 gün müddətinə həbs cəzasının verilməsi qərara alınıb. (Publika)