Close

14:21
09 May 2025
14:14
09 May 2025
13:46
09 May 2025
13:07
09 May 2025

Məktəbliyə qarşı zorakılıq edən icra başçısının sabiq müavini direktor təyin olunub? - RƏSMİ

Lənkəran Şəhər  İcra Hakimiyyəti sözügedən rayonda məktəbliyə qarşı zorakılıq edən icra başçısının sabiq müavini Rasilə Arifqızının uşaq evinə direktor təyin olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

TNS xəbər verir ki, icra hakimiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, Rasilə Arifqızının Lənkəran şəhər Osman Mizəyev adına qarışıq tipli uşaq evinə direktor təyin olunması ilə bağlı mətbuatda və sosial şəbəkə seqmentində yayılan informasiyalar həqiqəti əks etdirmir. 

“Hazırda sözügedən vəzifə vakantdır” - açıqlamada bildirilib.