Close

Kürdəmirdə evdə partlayış olub, ər-arvad xəsarət alıb

Kürdəmirdə fərdi yaşayış evində partlayış olub.

TNS xəbər verir ki, hadisə rayonun Çöhranlı kəndində qeydə alınıb. Qaz balonunun partlaması nəticəsində ər və arvad ağır yanıq xəsarətləri alıblar. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti ağırdır. Xəsarət alanların Bakıdakı Yanıq Mərkəzinə göndəriləcəyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.