Close

Evi yağışdan yararsız hala düşdü, FHN çadır qurdu

Fövqəladə Hallar Nazirliyinə Qəbələ rayonu, Uludaş kənd sakini Mikayılov Asim Ağasadiq oğluna məxsus evin yağan intensiv yağışlar nəticəsində yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub.

TNS xəbər verir ki, bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən kənd sakini üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.

2

1