Güclü külək rayonlarda bəzi fəsadlar yaradıb

Dünən gecə başlayan güclü külək rayonlarında bəzi fəsadlar yaradıb.
TNS APA-ya istinadla xəbər verir ki, şiddətli külək səbəbindən elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Qəbələ, İsmayıllı və Göyçay rayonlarında küləklə əlaqədar elektrik enerjisinin verilməsində tez-tez açılmalar olub. Hazırda Göyçay rayonunun bəzi hissələrində hələ də enerjinin verilməsində məhdudiyyətlər var.
Dünən Göyçay Yanğından Mühafizə Hissəsi külək səbəbindən ümumilikdə 9 çağırışa çıxıb.
3 hektardan çox kolluq və qamışlıq əraziyə vaxtında müdaxilə edilərək baş verə biləcək fəsadların qarşısı alınıb.