Gəncədə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
28
21:58 - 01 Yanvar 2023

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 102 adlanan ərazisindəki dördmərtəbəli yaşayış binasında qeydə alınıb.
İlkin məlumata görə, yanğın binanın 4-cü mərtəbəsində baş verib.
Binaya verilən elektirik enerjisi dayandırılıb və sakinlər təxliyə edilib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub.