İcra başçısının müavini vəzifəsindən azad edilib- FOTO
26
11:03 - 18 Sentyabr 2022

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova vəzifəsindən azad edilib.
TNS Report-a istinadən xəbər verir ki, o, öz ərizəsi ilə işdən ayrılıb.
Hələlik onun yerinə təyinat olmayıb.
Qeyd edək ki, Elnarə Həsənova bu vəzifəyə 2019-cu ildə təyin edilmişdi.