Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Qərbi Azərbaycan Televiziyasının yaranmasının 1 illiyi qeyd edilib

Qərbi Azərbaycan İcmasında Qərbi Azərbaycan Televiziyasının yaranmasının 1 illiyi münasibətilə Televiziyanın əməkdaşları ilə görüş keçirilib.

TNS-in məlumatına görə, İcmanın aparat rəhbəri Qalib Qasımov bildirib ki, televiziya yarandığı müddətdən bu yana Qərbi Azərbaycan həqiqətlərinin geniş auditoriyaya bir neçə dildə çatdırılması istiqamətində mühüm işlər görüb:

“Bu gün zəngin veriliş müxtəlifliyi və məzmun rəngarəngliyi ilə Qərbi Azərbaycan Televiziyası mütəmadi olaraq tamaşaçılarının görüşünə gəlir”.

Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri Ülviyyə Zülfiqar çıxışında Qərbi Azərbaycan Televiziyasının yaradılmasının soydaşlarımızın sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə geri qayıdışı istiqamətində aparılan işə, o cümlədən maddi – mədəni irsimizin dağıdılmasına diqqət çəkilməsi məsələlərinə öz töhfəsini verdiyini bildirdi.

Qeyd edək ki, 1 avqust 2023-cü ildə yaradılan Qərbi Azərbaycan Televiziyası əvvəlcə onlayn şəkildə fəaliyyət göstərib. 1 may 2024-cü ildə İcma tərəfindən yeni təmirdən çıxmış binaya köçdükdən sonra gündə iki saat olmaqla Azərbaycan, rus və ingilis dillərində buraxılış və verilişlər yayımlamağa başlayıb.