Close

Qərbi Azərbaycan İcmasında Milli Mətbuat Günü qeyd olunub

Qərbi Azərbaycan İcması 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirib.

TNS-in xəbərinə görə, görüşdə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri Ülviyyə Zülfiqar, Qəyyumlar şurasının sədri Mürvət Həsənli iştirak edib.

Əziz Ələkbərli Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında KİV-in əhəmiyyətindən bəhs edib:

"Mətbuatın ən böyük vəzifəsi Azərbaycan dövlətçiliyinin maraqlarına xidmət etməkdir. Əgər Qərbi Azərbaycan barədə hansısa məlumatı cəmiyyətə çatdırırsınızsa, deməli, siz Azərbaycanın dövlətçilik maraqlarına öz töhfənizi verirsiniz. İcmanın bundan xəbərdar olması önəmli deyil".

Sədr Qərbi Azərbaycan İcmasının fəaliyyətinin işıqlandırılması məsələsində mətbuatla səmərəli əməkdaşlığın bundan sonra da davam edəcəyindən əminliyini bildirib.

Qurum rəsmisi media nümayəndələrini Milli Mətbuat Günü ilə əlaqədar təbrik edib.

Sonda Qərbi Azərbaycan İcması ilə əməkdaşlıq edən mətbuat nümayəndələri mükafatlandırılıb.