Close

07:35
18 Oktyabr 2024

"Onlara elə gəlir ki, dünya Brüsselin, Aİ-nin ətrafında fırlanır"

"Yüz minlərlə azərbaycanlının Ermənistandan deportasiya olunmasına göz yuman, Qərbi Azərbaycan İcmasının müxtəlif müraciətlərini qulaqardına vuran Avropa İttifaqının Azərbaycanda bir neçə fərdlə bağlı “narahatlığı”nı ifadə etməsi qərəzin, ikili standartların təzahürüdür".

TNS xəbər verir ki, bu, Qərbi Azərbaycan İcmasının Avropa İttifaqının Azərbaycanla bağlı 2023-cü il 21 dekabr tarixli açıqlamasına dair bəyanatında qeyd olunub.

İcma hesab edir ki, insan hüquqları ilə manipulyasiya, onun siyasiləşdirilməsi Aİ-nin təfəkkür tərzinə çevrilib.

"Nədənsə, Jozep Borel kimi təkəbbürlü rəsmilərə, Avropa Parlamentində əyləşən səlibçi mentalitetli deputatlara elə gəlir ki, dünya sanki Brüsselin, Aİ-nin ətrafında fırlanır.
Aİ Azərbaycanın daxili işlərinə yersiz müdaxilədən əl çəkməli, Fransadan, Niderlanddan tutmuş Litvaya qədər Aİ məkanında islamofobiya, etnik azlıqların sıxışdırılması və digər fundamental problemlərlə məşğul olmalı, Ermənistanda hərbi baza qurmaqdansa, ondan Qərbi azərbaycanlıların qayıdışına imkan verməyi tələb etməlidir", - deyə bəyanatda bildirilib.