Close

14:21
09 May 2025
14:14
09 May 2025
13:46
09 May 2025
13:40
09 May 2025
13:07
09 May 2025

"Paşinyan hər şeyi öz arşını ilə ölçür"

Ermənistanın Baş naziri Nikol Paşinyan 2023-cü il noyabrın 24-də ictimaiyyətin suallarını cavablandırarkən qayıdış hüququmuza növbəti dəfə xələl salmağa cəhd edib.

TNS xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması bəyanat yayıb.

Bildirilib ki, Nikol Paşinyan Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdış tələblərini müharibəyə hazırlıq kimi qiymətləndirib.

"Qarabağda ermənilərin hüquqlarının müdafiəsi bəhanəsi altında Azərbaycanın ərazilərini işğal etmiş Ermənistanın Baş naziri hər şeyi öz arşını ilə ölçür.

Mono-etniklik siyasəti yürüdən Ermənistandan fərqli olaraq, Azərbaycan dövləti və ictimaiyyəti etnik müxtəlifliyi ali dəyər hesab edir.

Ermənistan hökuməti etnik müstəsnalıq kimi irqçi siyasətinə son qoymalı, birgəyaşayış və etnik müxtəliflik dəyərlərinə hörmət etməli və qovulmuş azərbaycanlıların Ermənistana təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmasına şərait yaratmalıdır”, - bəyanatda qeyd olunub.