Close

Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatdı - YENİLƏNİB - FOTO

Aprelin 10-da doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb.

TNS-in Qarabağ müxbirinin xəbərinə görə, bu mərhələdə köçürülən 153 nəfərdən ibarət 39 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

09:00

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

TNS xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə 39 ailə - 153 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.

906db1e7-7332-4994-bc19-c8a8c22ec86c

9e31035d-2d84-4c93-bd6b-5deb79938a65

21bb1b2a-fe76-43c3-89ff-a1dc9eb3fe56

29baf23f-154b-42f2-87f2-a4475e461399

efe083dc-9ebf-4792-be62-3267dbcf3b2e

b65e1ee0-8191-4972-a714-7eae7d2b76d0

6c5a9f59-db03-4cc2-aa0a-0684d93fd7d7

1744255846242998047_1200x630

17442558462723662168_1200x630

17442558461808059695_1200x630

17442558465677627398_1200x630

1744255846992863227_1200x630

17442558461224961548_1200x630

Ziya Əmirxanlı