Close

Yataqxanalardan Suqovuşana... - FOTOLAR + YENİLƏNİB

Bu gün növbəti köç karvanı ilə Ağdərə rayonunun Suqovuşan kəndinə çatan ailələrə mənzillərin açarları təqdim olunub.

12:49

Növbəti köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb.

12:06

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdərə rayonunun yenidən qurulan Suqovuşan kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

TNS-in Qarabağ müxbiri xəbər verir ki, bu mərhələdə kəndə 54 ailə - 179 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.

Ziya Əmirxanlı

WhatsApp_Image_2025-04-09_at_11-56-05

WhatsApp_Image_2025-04-09_at_11-56-05_2

WhatsApp_Image_2025-04-09_at_11-56-05_1

WhatsApp_Image_2025-04-09_at_12-41-23_1

WhatsApp_Image_2025-04-09_at_12-41-23

WhatsApp_Image_2025-04-09_at_13-15-04