Close

İndi daimi evləri var... - FOTOLAR + YENİLƏNİB

Bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində Ağdərə rayonunun Suqovuşan kəndinə 185 nəfərdən ibarət 53 ailənin növbəti köçü baş tutub.

TNS-in Qarabağ müxbirinin xəbərinə görə, ölkənin müxtəlif şəhər və rayonlarından yola salınan keçmiş məcburi köçkünlərə doğma ata-baba yurdlarında mənzillərin açarı təqdim edilib və ailələr yeni evlərində yerləşiblər. 

Bununla da bugünədək Ağdərə rayonunun Suqovuşan kəndinə ümumilikdə 126 ailə köçürülüb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhramanov bildirib ki, köçürülən ailələrin işlə təmin edilməsi xüsusi diqqətdə saxlanılır. Qeyd edək ki, Suqovuşan kəndinə köç bundan sonra da davam edəcək. Kəndə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb.

14:11

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdərə rayonunun yenidən qurulan Suqovuşan kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

TNS-in Qarabağ müxbirinin xəbərinə görə, bu mərhələdə kəndə 53 ailə - 185 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.

Ziya Əmirxanlı

WhatsApp_Image_2025-04-07_at_14-06-13_2

WhatsApp_Image_2025-04-07_at_14-06-13_1

WhatsApp_Image_2025-04-07_at_14-06-13