Ağdam və Qubadlıda da insan skeleti tapıldı - YENİLƏNİB

Qubadlıda insan sümüyünə bənzər sümük qalıqları aşkar olunub.
TNS-in yerli müxbirinin məlumatına görə, qalıqlar rayonun Yusifbəyli kəndi ərazisində tapılıb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırma aparılır.
10:53
Ağdamda insan skeletinin qalıqları aşkar edilib.
TNS-in yerli müxbirinin əldə etdiyi məlumata görə, skelet qalıqları Ağdamın işğaldan azad edilmiş Eyvazxanbəyli kəndi ərazisində aşkarlanıb.
Aparılmış müayinələr zamanı məlum olub ki, tapılan insan sümüklərinin qalıqları XV əsrə aiddir.
Faktla bağlı araşdırma davam etdirilir.
Xatırladaq ki, aprelin 2-si Ağdərə rayonu, Baş Güneypəyə kəndi ərazisində insana məxsus olması ehtimal edilən sümük fraqmentləri aşkar edilib.
Ziya Əmirxanlı