Close

Şuşada bu obyektlərin tikintisi ilin sonunda yekunlaşacaq - FOTO

Media nümayəndələri Şuşada Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində tikintisi aparılan iaşə obyektlərində olublar. Bu küçədə ümumilikdə müxtəlif təyinatlı 10 binanın inşası aparılır.

TNS-in yerli müxbirinin verdiyi xəbərə görə, Şuşa Şəhəri Dövlət Qoruğunun icraçı direktorunun müavini Vüqar Məhərrəmov bildirib ki, onların arasında mehmanxana, ofislər, iaşə obyektləri, Şuşa Qoruq İdarəsinin binası da var. Tikinti işləri yüksək keyfiyyətlə və şəhərin ümumi görünüşünə uyğun həyata keçirilir.

Bildirilib ki, küçədə Sovet dövründə inşa edilmiş çoxmənzilli binalar sökülüb, onların yerində şəhərin memarlıq üslubuna uyğun yeni binalar tikilir. Qoruq rəsmisi görülən işlərin başa çatacağı vaxtı da açıqlayıb: "2023-cü ildə başlanılan tikintinin 2025-ci ilin sonuna kimi yekunlaşması planlaşdırılır".

Media nümayəndələri Şuşa Müalicə-Sağlamlıq Mərkəzində də olublar. Tibb ocağı 90 çarpayılıqdır və 6 korpusdan ibarətdir. Mərkəzin Təcili Tibbi Yardım Stansiyası müasir standartlara cavab verən avadanlıqla təchiz olunacaq.

Xatırladaq ki, mərkəzin təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

c5ab99de-d6f6-4b39-b330-96edd72ed1de d02af7dd-ff04-4feb-ba5e-6477443f9878 ad8e263e-26dd-43cd-bfa2-5f217b72a213 246027d4-3c53-4b41-bdc9-7fd3feba6b18

f51bf95c-e220-4c79-8a9f-62f753660c6b

bae72434-2aed-4fb8-98dd-bbb0110333fd 9fb54fb4-9c42-45eb-9a0e-45c9fa5f3e10 c80cb4fd-dcc3-4061-8891-2b93a573699e e1ae3df6-e69d-428d-b495-6eac7cb19fa3 56e1758d-a7a5-42b0-b5d6-df70a08dd353 fa13ca7d-fce9-4159-a994-dfaf20361c18  7a92903e-366c-4508-9d3e-4d7e65cdc639

Ziya Əmirxanlı