Bayram günlərində Qarabağa səfər edənlərin sayı artıb - FOTO

Bayram günlərində Şuşaya səfər edənlərin sayı artıb. Ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan soydaşlarımız Ağdam, Xocalı, Xankəndi, Şuşa marşrutu üzrə işğaldan azad olunan əraziləri ziyarət edirlər.
TNS-in Qarabağ müxbiri xəbər verir ki, “Yolumuz Qarabağa” portalından qeydiyyatdan keçərək gedən qonaqların sayı minlərlədir.
Qarabağa səfər edənlər sözügedən ərazilərin tarixi, gəzməli-görməli yerlərində olurlar. Şuşa şəhərinin qonaqların buranın milli mətbəxindən olan təamları dada bilirlər.
Səfər edənlər TNS-ə bayram günlərini Qarabağda qeyd etdikləri üçün sevincli olduqlarını bildiriblər.