Close

Qarabağ Universitetində Novruz bayramı münasibətilə tədbir keçirildi - FOTO

Qarabağ Universitetində İlaxır çərşənbə və Novruz bayramı münasibətilə tədbir və konsert proqamı təşkil edilib.

TNS xəbər verir ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramov tədbiri giriş sözü ilə açaraq milli bayramımız Novruzun ilaxır çəşrənbəsini Xankəndi şəhərində qeyd etməyin qürurundan bəhs edib. Rektor bildirib ki, Xankəndi şəhərində Novruz bayramını qeyd etməyimizin özü də xalqımızın əzmi, Prezident İlham Əliyevin siyasi iradəsi və Ordumuzun rəşadətinin nəticəsidir. Ş.Bayramov Qarabağ Universitetinin professor-müəllim, inzibati və tələbə heyətini əziz bayram münasibətilə təbrik edib və Novruz bayramının hər kəsə birlik və həmrəylik gətirməsini diləyib.

Tədbir rəsmi hissənin ardından bədii proqramla davam edib. Proqramda Qarabağ Universitetinin tələbələri tərəfindən milli rəqslər və Novruz bayramına aid adət-ənənələri əks etdirən səhnəciklər təqdim olunub. Bundan əlavə, tədbirdə müəllim və tələbələrin ifasında milli mahnılar səsləndirilib.

Sonda bayram tonqalının ətrafında universitetin müəllim və tələbə heyətinin iştirakı ilə yallı təşkil edilib.

f1976d24-9623-4456-93ed-c4df3e816508 8720977b-c0dc-4331-aceb-e6d579e3f3fa 05c94988-0975-4b15-886e-eecd641c4177 c02237c2-2335-4bdf-8564-b2cf12e2415e aaeed27c-b53d-4049-a6ea-fb9dd7158088 5e26be2c-045d-4c03-8929-e61e9f6e8107 dc6d8c84-389e-43dc-b0bd-6426dee5969f cb04c9bc-e0ce-438d-9694-61095e419d09 34d98ff7-64b0-4258-903d-96a9d4320aac 903149b9-3547-4db9-89de-20066df00dac 4f4b271a-3e6b-49b7-ba0d-4a333b93a41b

Ziya Əmirxanlı