Xankəndidə erməni generalın yaşadığı evin zirzəmisində həbsxana aşkarlandı - FOTOLAR-VİDEO
60
14:06 - 18 Mart 2025

Xankəndidə erməni generalın yaşadığı evin zirzəmisində həbsxana aşkarlanıb.
TNS-in yerli müxbirinin xəbərinə görə, həmin ev şəhərin mərkəzi küçələrindən birində yerləşir.
Sözügedən zirzəmi 5-6 km uzunluğundadır. Zirzəmi ensiz keçid və qarşı-qarşıya otaqlardan ibarətdir.
Həbsxanadan 1992-2020-ci illərdə azərbaycanlı əsir və erməni silahlı qüvvələrində xidmət etməkdən boyun qaçıran erməni hərbçilərə işgəncə vermək üçün istifadə edilirmiş.
Həmin binadan görüntüləri təqdim edirik:
Ziya Əmirxanlı