Close

Qarabağa xərclənən məbləğ açıqlandı

“Keçmiş qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədlərinə dövlət büdcəsindən 329 mln. manat vəsait yönəldilib”​. 

TNS xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nı təqdim edərkən bildirib.

“İşğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, yaşayış və həyat üçün vacib olan yeni infrastrukturun qurulması prioritet təşkil edir. 

Ümumilikdə 2021-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 mlrd. manat vəsait ayrılıb, o cümlədən 2024-cü ildə 5 milyard 347 milyon manat ayrılıb.

2025-ci ildə 4 mlrd. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub”, - deyə Baş nazir bildirib.