Close

98 nəfər də Ballıcaya çatdı - FOTOLAR + YENİLƏNİB

Xocalı rayonunun Ballıca kəndinə yola salınan növbəti köç karvanı artıq kəndə çatıb.

TNS xəbər verir ki, Ballıcaya bu gün yola salınan köç karvanı 24 ailədən (98 nəfər) ibarətdir.

Bununla da Ballıca kəndinə köçürülən ailələrin sayı 136 (660 nəfər) olub.

11:21

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Ballıcaya köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

TNS-in Qarabağ müxbirinin xəbərinə görə, bu mərhələdə kəndə 24 ailə - 98 nəfər köçürülür. Bununla da Ballıcaya 136 ailə 600 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.WhatsApp_Image_2025-03-14_at_11-11-35_1 

WhatsApp_Image_2025-03-14_at_11-11-34_1

WhatsApp_Image_2025-03-14_at_11-11-34